Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov (67 kq) Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatında final görüşünə çıxıb.
Sportinfo.az xəbər verir ki, üçqat Avropa çempionu, Olimpiya Oyunlarının bürünc mükafatçısı həlledici görüşdə iranlı Səid Esmaili ilə qarşılaşıb.
Rəqibinə 1:2 hesabı ilə məğlub olan idmançımız növbəti dəfə dünya çempionatında gümüş medal qazanıb. Bu, onun böyüklər arasında keçirilən dünya çempionatlarında 3-cü (2 gümüş, 1 bürünc) medalı olub.
Esmaili Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi və iki qat Asiya çempionudur.