Avropa Birliyi Çinə münasibətdə öz diplomatiyasını həyata keçirəcək. O cümlədən, AB Çinə əlavə tarif və rüsumları tətbiq edib-etməyəcəyinə özü qərar verəcək.
Axar.az xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron amerikalı həmkarı Donald Trampın çağırışına cavabında deyib.
Makron əlavə edib ki, AB Çinlə münasibətlərdə risklərin azaldılması strategiyası həyata keçirir və diqqəti digər sanksiya məsələlərinə yönəltmək vaxtıdır.
Qeyd edək ki, Tramp bir neçə dəfə çıxışında Avropadan Çinə iqtisadi təzyiqləri artırmasını istəyib.