GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Fransa prezidenti Emmanuel Makronun “dondurulmuş Rusiya suveren aktivlərinin müsadirəsi xaosa səbəb olar” fikrinə cavab verib.
Globalinfo.az xəbər verir ki, o, TASS-a açıqlamasında belə bir addım atılacağı təqdirdə Rusiyanın buna qarşı sərt cavab tədbirləri görəcəyini bildirib.
“Burada heç bir xaos olmayacaq. Tədbirlər olacaq. Həmd də sərt tədbir. Və onlar bunu yaxşı bilirlər”.
Xatırladaq ki, bundan əvvəl Fransa lideri “CBS News”a müsahibəsində Rusiyanın dondurulmuş aktivlərinin müsadirə edilməsinin beynəlxalq hüquqa zidd olduğunu və belə bir təşəbbüsün tam xaosun başlanğıcına gətirib çıxara biləcəyini qeyd etmişdi.
Tahir Turan
Globalinfo.az
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.