AZ

Millini kim çalışdırsın? - Hazırda 3 namizəd var

Ukrayna millisinin DÇ-2026-nın seçmə mərhələsinə uğursuz start götürməsi baş məşqçi Sergey Rebrovun mümkün istefasını yenidən gündəmə gətirib.

Sportinfo.az xəbər verir ki, yerli mütəxəssislər Fransaya (0:2) məğlubiyyət və Azərbaycanla (1:1) heç-heçədən sonra onun qovulmasının vacibliyi barədə açıqlamalar verib.

Onlardan biri də tanınmış mütəxəssis Oleq Fedorçukdur. O, hətta baş məşqçi postuna 3 namizədi də açıqlayıb:

“İlk olaraq Miron Markeviç yada düşür. Onun aktivində millidə cəmi 4 oyun olsa da, hamısı uğurlu alınıb.

Markeviç futbolumuzu daxildən bilir, Ukraynada yaşayır. U-19 yığması ilə 2009-cu ildə Avropa çempionluğunu qazanan Yuri Kalitvintsev də var. Gənclərdən ibarət millidə uğurlu işlər görən Unai Melqosa isə digər namizədimdir”.

Ukrayna yığması qrupda növbəti oyununu oktyabrın 10-da İslandiyaya qarşı keçirəcək. Həmin gün Azərbaycan millisi Parisdə Fransanın qonağı olacaq.

Seçilən
26
sportinfo.az

1Mənbələr