“İmişli” Premyer Liqada ilk böyükhesablı qələbəsini qazanıb.
Sportinfo.az xəbər verir ki, bu, V turun “Karvan-Yevlax”la matçına təsadüf edib.
Jorje Kaşkilyanın yetirmələri səfərdə üç cavabsız qol vurublar. İmişlinin eyniadlı klubu yarışın tarixinə böyükhesablı qələbə sevinci yaşayan 54-cü komanda kimi düşüb.
İndiyədək çempionatda oynamış klublardan yalnız 9-u belə qələbə əldə etməyib.
“Karvan-Yevlax” ikinci böyükhesablı məğlubiyyətini alıb.