AZ

28 yaşlı bu gözəl prezident olmaq istəyir

İsveçrəli yarış pilotu Laura Villar qarşıdan gələn FIA prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə “RacingNews365” məlumat yayıb.

Bu ilin dekabrında Özbəkistanın Daşkənd şəhərində FİA prezidentliyinə seçkilər keçiriləcək.

Hazırda bu vəzifəyə namizədlər hazırkı prezident Məhəmməd Ben Sulayem və rəqibini federasiyanı avtokratik idarəçiliyinə görə tənqid edən keçmiş stüard Tim Meyerdir.

Formula 3 və Formula 2 yarışlarında təcrübəsi olan və hazırda “Ligier European Series”də mübarizə aparan Villar onlara qoşulmaq qərarına gəlib. Laura FIA-nın ilk qadın prezidenti olmaq şansının olduğuna inanır.

Seçilən
3
sportinfo.az

1Mənbələr