AZ

Ülvü yenidən dünya çempionu oldu - FOTO

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən dünya çempionatı davam edir.

Sportinfo.az xəbər verir ki, bu gün yunan-Roma güləşçilərimiz 1 qızıl və 1 bürünc medal qazanıb.

Ülvü Qənizadə (72 kq) finalda ötən il həlledici görüşdə məğlub etdiyi İbrahim Qanemlə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən qarşılaşmada rəqibinə 4:2 hesabıyla qalib gələn həmyerlimiz titulunu qoruyub və 2-ci dəfə dünya çempionu olub.

Murad Əhmədiyev (97 kq) bürünc medal uğrunda görüşdə macarıstanlı Aleks Soke ilə üz-üzə gəlib. Güləşçimizin ilk hissədə işlətdiyi 4 xallıq fənd qarşılaşmada həlledici rol oynayıb.

Yekunda 5:5 hesabı qeydə alınsa da, xalların keyfiyyətinə görə sevinən tərəf Əhmədiyev olub. Beləliklə, Murad dünya çempionatında debütünü bürünc medalla qeyd edib.

Seçilən
2
sportinfo.az

1Mənbələr