AZ

“Barselona”nın hücumçusu Reşfordun “Xetafe” ilə oyunda yoxluğunun SƏBƏBİ

Idman.biz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Barselona”nın hücumçusu Markus Reşford La Liqada “Xetafe” ilə matçın iştirak ərizəsinə salınmayıb.

İdman.biz "Mundo Deportivo"ya istinadən xəbər verir ki, ingilis futbolçu səhər iclasına gecikdiyi üçün baş məşqçi Hansi Flikin müəyyən etdiyi intizam qaydalarını pozub.

“Mançester Yunayted”dən icarəyə götürülən hücumçu həftəiçi Çempionlar Liqasının “Nyukasl”la oyununda dubla imza ataraq komandasının qəhrəmanına çevrilmişdi. Amma bu uğur çox davam etmədi - Flik onu heyətdən kənarda saxlayaraq göstərdi ki, komandada statusdan əvvəl intizam gəlir.

İndi Reşford özünü yenidən sübut etməli və məşqçinin etimadını qazanmalıdır.

Qeyd edək ki, “Barselona” La Liqada “Real”la liderlik uğrunda mübarizəni davam etdirir. Kataloniya təmsilçisi qarşıdakı “Real Oviedo” və “Real Sosyedad”a qarşı oyunlarda nəticələrini yaxşılaşdırmağı hədəfləyir.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
32
1
icma.az

2Mənbələr