AZ

Makron Rusiya PAU larının Polşa hava məkanına səhvən girmədiyini deyib

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Fransa prezidenti Emmanuel Makron Rusiya pilotsuz təyyarələrinin Polşa və Rumıniya sərhədini keçməsinə münasibət bildirib.

APA xəbər verir ki, bu haqda “CBC News”a müsahibəsi zamanı danışan Makron bu hadisənin xəta olmadığını deyib.

"Aydındır ki, Rusiya Avropada sabitliyi pozan və aqressiv qüvvədir. Son bir neçə həftə ərzində o, Kiyevə hücumlarını gücləndirib və çoxlu mülki vətəndaşı öldürüb. O, Ukraynanın rəsmi hökumət binalarını, həmçinin Britaniya və Avropa İttifaqı hökumətlərinin binalarını dağıdıb. Eyni zamanda, eyni həftələr ərzində o, Polşanın hava məkanını pozub. Mümkün qədər Ukrayna ərazisini məhv etmək, Ukraynada qələbə qazanmaq və NATO-nun zəifliyini vurğulamaq istəyir.”, - Makron bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
3
apa.az

4Mənbələr