AZ

Kim Çen In: Biz nüvə silahından əl çəkməyəcəyik

ain.az, Apa.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Şimali Koreya nüvə silahından imtina etməyəcək.”

APA xəbər verir ki, bunu Şimali Koreya prezidenti Kim Çen In deyib.

"İndi də ABŞ-ın nüvəsizləşdirmə siyasətini dəstəkləyən çoxlu qüvvələr var. Bu qüvvələr KXDR-in suverenliyinə məhəl qoymur və onu ciddi şəkildə pozurlar", - Kim Çen In deyib.

O, Pxenyanın nüvəsizləşdirilməsi çağırışlarının konstitusiya quruluşuna hücuma bərabər olduğunu iddia edib.

Çünki Şimali Koreyanın nüvə statusu ölkənin əsas qanununda müəyyən edilib.

"Biz nüvə silahından əl çəkməyəcəyik", - deyə Şimali Koreya lideri əlavə edib.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
24
5
apa.az

7Mənbələr