AZ

Makron və Tramp arasında Aİ-yə enerji tədarükü ilə bağlı mübahisə olub

Fransa prezidenti Emmanuel Makron Rusiyadan Avropa İttifaqına (Aİ) enerji idxalı ilə bağlı ABŞ prezidenti Donald Trampla mübahisə edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə sentyabrın 21-də Bloomberg məlumat yayıb.

“Makron Avropa İttifaqının Rusiyadan qalan enerji idxalını “çox əhəmiyyətsiz” adlandıraraq, Donald Trampın blokdan asılılığını azaltmaq çağırışlarına meydan oxuyub”, - nəşr yazır.

Fransa liderinin sözlərinə görə, Aİ artıq Rusiyadan neft və qaz istehlakını 80%-dən çox azaldıb.

Seçilən
31
ucnoqta.az

1Mənbələr