AZ

51-ci marafonda keniyalı atletlər qalib olublar

Yazını böyüt
Yazını kiçilt

Almaniyanın paytaxtında keçirilən 51-ci Berlin marafonunda keniyaçı idmançılar qalib gəliblər.

Hafta.az xəbər verir ki, kişilərin yarışında Keniyadan olan idmançı Sebastian Saue (Sawe) 2 saat 2 dəqiqə 16 saniyəlik nəticə ilə finiş xəttini birinci keçib. O, həmçinin 60 min avro məbləğində mükafat qazanıb.

Qadınlar arasında yarışda da keniyalı atlet birinci olub. Rosemari Vanciru (Rosemary Wanjiru) marafonu 2 saat 21 dəqiqə 5 saniyəyə başa vurub.

Ənənəvi idman tədbiri bu il də Berlin küçələrində böyük maraqla qarşılanıb. Marafonda dünyanın müxtəlif ölkələrindən 60 mindən çox iştirakçı 42 kilometrlik məsafəni qət edib.

Seçilən
7
2
hafta.az

3Mənbələr