AZ

Qazaxıstan lideri BMT Baş Assambleyasında çıxış edəcək

Qazaxıstan

Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Nyu-Yorkda işgüzar səfərdədir.

Reyting.az
xəbər verir ki, bu barədə məlumatı “Sputnik Kazaxstan” yayıb.

Bildirilir ki, Tokayev BMT Baş Assambleyasında çıxış edəcək, bir çox xarici ölkələrin liderləri, beynəlxalq təşkilatların rəhbərləri, transmilli şirkətlərin nümayəndələri ilə görüşəcək.

Qazaxıstan prezidentinin BMT Baş Assambleyasının 80-ci Yubiley Sessiyasının ümumi müzakirələrində çıxış edəcəyi planlaşdırılıb.

E. KAMAL
Seçilən
10
reyting.az

1Mənbələr