AZ

Bu ilin ikinci Günəş tutulması başa çatıb -YENİLƏNİB

İlin ikinci Günəş tutulması başa çatıb.

 

Senzor.az xatırladır ki, bu, qismən tutulma olub.

 

Təbiət hadisəsi sentyabrın 21-i saat 21:29-da başlayıb. Günəş tutulması sentyabrın 22-si saat 01:53-də sona çatıb. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olub.

 

Günəş tutulması Sakit okean, Yeni Zelandiya və Antarktidada görünüb, Azərbaycan ərazisində müşahidə olunmayıb.

 

**21:31

 

Sentyabrın 21-də saat 21:29-da ilin ikinci Günəş tutulması başlayıb. Bu, qismən Günəş tutulmasıdır.

 

Senzor.az Bakı Dövlət Universiteti   Fizika fakültəsinin Astrofizika kafedrasına istinadən bildirir ki, tutulma hadisəsi sentyabrın 22-si saat 01:53-də sona çatacaq. Tutulmanın maksimumu sentyabrın 21-i saat 23:43-də olacaq.

 

Tutulma hadisəsi Sakit okean, Yeni Zelandiya və Antarktidada görünəcək, lakin Azərbaycan ərazisindən müşahidə olunmayacaq.

Seçilən
18
20
senzor.az

10Mənbələr