AZ

Çinlilər Putinin bu addımından “heyrətə” gəldilər

Moskva Yaponiyanın Kuril adaları yaxınlığındakı təxribatına dərhal cavab verib.

Axar.az xəbər verir ki, bu barədə Çinin “Sohu” agentliyində yayımlanan məqalədə deyilir.

Çinli analitiklər qeyd ediblər ki, Yaponiya ABŞ-la birlikdə Kuril adaları yaxınlığında orta mənzilli “Tayfun” raket sistemlərini yerləşdirib və dərhal Rusiyadan proporsional cavab alıb.

Bildirilir ki, Moskva dərhal Kuril adalarına “Bastion” raket sistemi yerləşdirib, Arktikadan qırıcı təyyarələr köçürüb və Sakit Okean Donanmasını döyüş hazırlığı vəziyyətinə salıb. Bundan əlavə, donanmanın sualtı qayıqları Oxot dənizində qanadlı raketlərin buraxılışını həyata keçirib.

Çinli analitiklər bu addımları Rusiyanın “göz gözə” prinsipinə əməl edəcəyinin nümayişi kimi qiymətləndiriblər. Onlar hesab edirlər ki, prezident Vladimir Putin gələcək hərbiləşmənin potensial nəticələrini açıq şəkildə ifadə edib.

Seçilən
7
1
axar.az

2Mənbələr