AZ

Yasamaldakı çoxmərtəbəli binada yanğın olub

Yasamaldakı

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Reyting.az
-ın məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri dərhal əraziyə cəlb olunublar.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində 16 mərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, 10-cu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin 11-ci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində binanın 25 sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.
Seçilən
7
29
reyting.az

10Mənbələr