AZ

"Çox məxfi silah istehsal etmişik" - Kim Çen In

Şimali Koreyanın sədri Kim Çen In bəyan edib ki, KXDR yeni məxfi silah əldə edib.

"Unikal" xəbər verir ki, o, bu barədə KXDR Ali Xalq Məclisinin iclasında çıxışı zamanı danışıb. 

"Biz yeni məxfi silah əldə etdik. Müdafiə elmi və tədqiqatlarında əhəmiyyətli irəliləyişlər əldə olunub ki, bu da döyüş potensialının dramatik şəkildə artmasına əhəmiyyətli töhfə verəcək", - KXDR lideri ifadə edib.

Kim Çen In Şimali Koreyanın esmineslər inkişaf etdirdiyini xatırladıb və o, bunu "dəniz qüdrətinin qurulmasında ilk mühüm addım" adlandırıb. O əlavə edib ki, ölkə davamlı olaraq strateji qüvvələrini və kütləvi istehsal olunan silahların imkanlarını gücləndirir. Kim Çen In Şimali Koreyanın nüvəsizləşdirilməyəcəyini də bəyan edib. Şimali Koreya lideri qeyd edib ki, nüvə silahından imtinaya çağırışlar ölkənin konstitusiya quruluşuna hücuma bərabərdir.

Gülayə Mecid 

Seçilən
14
1
unikal.az

3Mənbələr