AZ

Qvardiola "Arsenal"la oyundakı davranışı ilə gündəm oldu - VİDEO

İngiltərə Premyer Liqasının 5-ci turunun mərkəzi oyunu olan "Arsenal" - "Mançester Siti" qarşılaşması 1:1 hesablı bərabərliklə yekunlaşıb. 

Fanat.Az xəbər verir ki, ən çox müzakirələrə futbolun özü deyil, Pep Qvardiolanın davranışı səbəb olub.

Kataloniyalı çalışdırıcı matçın 90-cı dəqiqəsində meydanın kənarında dördüncü hakimlə dialoqdan sonra gözlənilmədən onun yanağından öpüb. Onun bu hərəkəti həm azarkeşləri, həm də jurnalistləri təəccübləndirib.

Bu görüntü sosial mediada viral olub: 
 

Xatırladaq ki, beş turdan sonra “Arsenal” on xalla ikinci, “Mançester Siti” isə yeddi xalla doqquzuncu pillədə qərarlaşıb.

Seçilən
0
1
fanat.az

2Mənbələr