AZ

Azərbaycan xaridən 100 milyon dollarlıq mebel və mebel hissələri alıb

Bu ilin ilk 8 ayında Azərbaycana 99,7 milyon dollar dəyərində mebel və onun hissələri idxal edilib.

FED.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, mebel idxalı ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsilə 1 milyon dollar və ya 1% artıb.

Qeyd edək ki, 2024-cü ilin yanvar-avqust ayları ərzində Azərbaycandan 98,7 milyon dollar dəyərində mebel və onun hissələri idxal olunmuşdu.

Bu il 8 ayında ümumi idxalın 0,66%-ı mebelin payına düşüb. Ötən ilin eyni dövründə isə bu göstərici 0,77% olub.

Seçilən
11
fed.az

1Mənbələr