AZ

Rasionallaşdırma cinayətin normallaşmasına səbəb olur

“Öz səlahiyyətlərindən istifadə edərək ictimai və dövlət sərvətini mənimsəyənlər vaxtaşırı ortaya çıxır. Məsələ ifşa olunur, həmin şəxslər həbs olunur və insanlar bir anlıq rahatlıq və sevinc hissi yaşayır. Amma real nəticə budur ki, həbs və yüksək cəza itirilən dəyərləri geri qaytarmır, dağılan etibarı bərpa etmir və ölkənin milli, ictimai və beynəlxalq nüfuzuna vurulan zərəri aradan qaldırmır”.

Bunu News365.az -a açıqlamasında iqtisadçı ekspert Eldəniz Əmirov deyib.

O hesab edir ki, daha təhlükəli olan odur ki, belə şəxslər çox vaxt bu davranışı əvvəlcədən hesablayıb riskləri qəbul edirlər:

“Yaşanılmış təcrübə.onu göstərir ki, onlar böyük qazanc əldə edib, sonra onun bir hissəsini itirməyi, müəyyən müddət həbsdə yatmağı və sonra da qalan pullarla qalan həyatlarını rahat yaşamağı planlaşdırırlar.

Belə rasionallaşdırma cinayətin normallaşmasına səbəb olur və sistematik problemləri gizlədir. Ona görə cəza tətbiqindən daha vacib məsələ elmi əsaslı preventiv mexanizmlər və şəffaf idarəetmə sistemləri qurmaqdır ki, heç kim bu səlahiyyətlərdən sui-istifadə edə bilməsin”.

News365.az

Seçilən
0
news365.az

1Mənbələr