AZ

Makron: Qəzzadakı əməliyyatlar soyqırım deyil

Fransa Fələstin dövlətini tanıyacaq, amma orada səfirliyin dərhal açılmasını nəzərdə tutmur.

News365.az xəbər verir ki, bunu Fransa Prezidenti Emmanuel Makron bildirib.

O, CBS-ə müsahibəsində deyib ki, Fransa səfirliyi yalnız HƏMAS-ın Qəzzada saxladığı bütün girovları azad etdikdən sonra açılacaq:

“Bu, bizim üçün vacib şərtdir,” – deyə Makron qeyd edib.

O, həmçinin İsrailin Baş naziri Binyamin Netanyahu ilə razılaşmamağın antisemitizm olmadığını vurğulayıb:“Netanyahu ilə fikir ayrılığım məni antisemit etmir.”

Makron ABŞ-ın Fransadakı səfiri və prezident Donald Trampın qudası Çarlz Kuşneri də tənqid edərək onu Fransada antisemitizmə qarşı mübarizədə hökuməti kifayət qədər fəal olmamaqda ittiham etdiyi üçün qınayıb.

Makron Fransanın İsrailin Qəzzadakı hərbi əməliyyatlarını “soyqırım” kimi qiymətləndirmədiyini də açıqlayıb.

“Biz bunu soyqırım kimi tanımırıq. Bu, sadəcə siyasi bəyanat ola bilməz, bu hüquqi və tarixi əsas tələb edir,” – deyə o bildirib.

Fransa lideri BMT-nin İsrail rəhbərliyini “soyqırıma çağırışda” ittiham edən hesabatını rədd etmədiyini vurğulayıb, lakin baş verənləri siyasi diskussiyadan kənar hüquqi müstəvidə araşdırmağın vacibliyini qeyd edib:

“Baş verənlər çoxsaylı mülki şəxslərin qətli və insanların zorla didərgin salınmasıdır. Mən bunu böyük səhv hesab edirəm.”

Seçilən
0
2
news365.az

3Mənbələr