AZ

Arsenal derbi də əlavə vaxtda məğlubiyyətdən xilas oldu

Milli.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Londonun "Arsenal" klubu İngiltərə Premyer Liqasının 5-ci turunda "Mançester Siti" ilə oyunda son dəqiqələrdə xilasedici qola imza atıb.

Milli.Az xəbər verir ki, "Emirates" stadionunda baş tutan görüş 1:1 hesabı ilə başa çatıb. Matçı baş hakim Stüart Atvell idarə edib.

Oyunda hesabı erkən - 9-cu dəqiqədə Erlinq Holann açaraq "Mançester Siti"ni önə çıxarıb. Lakin 90+3-cü dəqiqədə Qabriel Martinelli "topçular"ı məğlubiyyətdən xilas edib.

Bu nəticədən sonra "Mançester Siti" 7 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşıb. "Arsenal" isə 10 xal toplayaraq ikinci yeri qoruyub.

Növbəti turda "şəhərlilər" sentyabrın 27-də doğma meydanda "Byornli" ilə qarşılaşacaq. "Arsenal" isə bir gün sonra, sentyabrın 28-də səfərdə "Nyukasl Yunayted"in qonağı olacaq.

Hüseyn

Milli.Az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
0
1
news.milli.az

2Mənbələr