AZ

16 mərtəbəli yaşayış binasında yanğın baş verib -Xəsarət alan yoxdur

Bakı şəhərinin Yasamal rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Qeyd edilib ki, nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.

Yanğınsöndürənlərin çevik müdaxiləsi sayəsində onaltımərtəbəli yaşayış binasının doqquzuncu mərtəbəsində yerləşən mənzildə baş vermiş yanğın genişlənməsinə, o cümlədən digər mənzillərə keçməsnə imkan verilmədən qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində ümumi sahəsi 50 m² olan ikiotaqlı mənzilin yanar konstruksiyaları, onuncu mərtəbədə yerləşən mənzilin eyvanında kombi aparatının boruları, 1 m² sahədə məişət tullantıları, həmçinin onbirinci mərtəbədə yerləşən mənzilin eyvanında 1 m² sahədə məişət tullantıları yanıb.

Yaşayış binasında yerləşən digər mənzillər yanğından mühafizə olunub.

Təhlükəsizlik tədbirləri çərçivəsində 25 nəfər bina sakini təxliyə olunub.

Xəsarət alan yoxdur.

Seçilən
7
19
ikisahil.az

10Mənbələr