AZ

“İmişli” təəccübləndirməyə davam edir, “Neftçi” ilk qələbəsini qazandı – Tura baxış

Misli Premyer Liqasında V tura yekun vuruldu. Bu tur bir sıra ilklər yaşandı. “Qəbələ” ilə “Neftçi” yeni mövsümdə ilk qələbəsini qazandı. “Qarabağ”ın “Araz Naxçıvan”ı böyük hesabla məğlub etməsiylə yanaşı, “İmişli”nin də “Karvan-Yevlax”ın qapısına üç cavabsız qol vurması diqqətçəkicidir. Sırasıyla bütün oyunlara nəzər yetirək.

“Karvan-Yevlax” – “İmişli” 0:3
Qollar:
Dioqo Almeyda, 12. Edvin Banquera, 15. Azər Salahlı, 80.
“Karvan-Yevlax”: 1. Kamran İbrahimov, 32. Elvin Yunuszadə (k), 6. Vadim Abdullayev, 14. Uğur Cahangirov, 77. Əli Abdullayev, 2. Şakil Sno, 12. Vitor Roşa, 19. Tompson Qavi, 8. Peter Kinqs, 10. Samuel Durrant, 4. Olavale Doyeni.
Ehtiyat oyunçular: 25. Əmrah Bulud, 33. Eltun Turabov, 42. İbrahim Qədirzadə, 18. Süleyman Əhmədov, 13. Vüsal Məsimov, 22. Qabil Əlizadə, 5. Nika Çaçaşvili, 11. Kayl Spens, 37. Mois Nqvisani, 3. Said İranxan, 21. İmani Barker.
Baş məşqçi: Azər Həşimov.
“İmişli”: 33. Andrey Sinenka, 19. Azər Salahlı (k), 21. Abbas Ağazadə, 44. Həzrət İsayev, 10. Nikola Karaklaiç, 29. Edvin Banqera, 14. Ronaldo de Souza, 6. Yav Mozes, 9. Dioqo Almeyda, 23. Dioqo Rollo. 7. Luis Silvestr.
Ehtiyat oyunçular: 1. Hüseynəli Quliyev, 99. İmam Əli, 77. Elmir Rəhimzadə, 22. İbrahim Əliyev, 97. Xəzər Mahmudov, 5. İdris İnqilablı, 11. Vüsal Qənbərov, 3. Tuncay Yusifli, 17. Ezekiel Morqan.
Baş məşqçi: Jorje Kaşkilya.

Şamaxıda keçirilən qarşılaşmada iki debütant üz-üzə gəlirdi. Proqnozlar “Karvan-Yevlax”ın favorit olduğunu göstərsə də, sonda bunun əksi baş verdi. AFFA İntizam Komitəsinin verdiyi texniki məğlubiyyət qərarına üzülən “İmişli” bu hadisənin üzüntüsünü unutdura bildi. Artıq 15-ci dəqiqəyə kimi “İmişli” nominal meydan sahiblərinə şok yaşatmışdı. Üç dəqiqə arayla vurulan qollar Aran təmsilçisinin qələbə şanslarını xeyli artırdı. Onsuz da bu mövsüm “İmişli” etibarlı müdafiəsi ilə ad çıxarıb. Həmin “beton sədd” Şamaxıda “Karvan-Yevlax”a da keçid vermədi. Azər Salahlı isə əsl kapitan kimi liderlik keyfiyyətlərini göstərdi. Məhz onun sona 10 dəqqiə qalmış vurduğu baxımlı qol “İmişli”nin qələbəsini rəsmiləşdirdi.
7 xal toplamağı bacaran “İmişli” elə yeddinci sıranı da tutur. “Karvan-Yevlax” isə 11-ci pilləyə qədər geriləyib.

“Zirə” – “Şamaxı” 2:1
Qollar:
Junior Martins, 83, 87 - Karim Rossi, 25.
“Zirə”: 97. Tiaqo Silva, 32. Qismət Alıyev (k), 8. İsmayıl İbrahimli, 29. Ceyhun Nuriyev, 4. Ruan Renato, 9. Davit Volkov, 28. Leroy Mikels, 20. İssa Cibrila, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis
Ehtiyat oyunçular: 13. Aydın Bayramov, 41. Anar Nəzirov, 70. Namik Ələskərov, 21. Hacıağa Hacılı, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 26. Stefan Aka, 25. Enrike Kustodio, 30. Rikardo Martins, 11. Junior Martins, 77. Yeqor Boqomolski, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
“Şamaxı”: 1. Rikardo Fernandes, 17. Rafael Məhərrəmli (k), 5. Arsen Ağcabəyov, 82. Rüfət Abbasov, 9. Karim Rossi, 10. Andrey Tirkoveanu, 13. Rikardo Apolinario, 11. Dioqo Balau, 4. Sezar Enrike, 44. David Santos, 8. Alfons Msanqa.
Ehtiyat oyunçular: 62. Abdulla Seydəhmədov, 99. Səlim Həşimov, 27. Emil Süleymanov, 97. Oruc Məmmədov, 77. Nihat Mehralıyev, 14. Ravil Qafarov, 24. Sənan Muradlı, 3. Vladislav Veremeyev, 6. Antonio Lara, 19. Abdullahi Şuaybu.
Baş məşqçi: Ayxan Abbasov.

“Zirə” əzmkar qələbə sayəsində liderliyə yüksəldi. Qəsəbə komandası “Şamaxı” ilə görüşdə uzun müddət hesabda geridə oldu. 25-ci dəqiqədə fərqlənən Karim Rossi qonaqları hesabda irəli çıxardı. Bundan sonra da “Şamaxı” təmkinli oynayır, rəqibin təzyiqi artırmasından çəkinmirdi. Təxmin etmək olardı ki, Ayxan Abbasovun komandası evə 3 xalla dönəcək. Amma əvəzetmədən oyuna qoşulan Junior Martins bu gedişatı dəyişdirməyi bacardı. Onun 83 və 87-ci dəqiqədə vurduğu qollar “Zirə”yə əzmkar qələbə qazandırdı. Heç şübhəsiz ki, bu qarşılaşmada qazanılan 3 xalla yanaşı, sərgilənən əzmkarlıq Rəşad Sadıqovu daha çox sevindirəcək. Ayxan Abbasovun komandası isə “Neftçi” ilə oyundakı kimi hesabda önə keçsə də, qələbəni əldən verməsinə üzüldü.
11 xallı “Zirə” turnir cədvəlinə başçılıq edir. Qeyri-sabit çıxış edən “Şamaxı” isə 5 xalla 9-cu sırada qərarlaşıb.

"Qəbələ" – "Kəpəz" 3:0 
Qollar:
Adriel Ba Lua, 44. Prins Ovusu, 59, 67
"Qəbələ": 1. Səlahət Ağayev (k), 13. Nicat Əliyev, 74. Süleyman Damadayev, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 12. İbrahim Sanqare, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 16. İsaak Amoa, 14. Domi Massumo.
Ehtiyat oyunçular: 94. Həbib Hüşənov, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 7. Rüfət Əhmədov, 66. Nuğay Rəşidov, 26. Elnur Mustafayev, 17. Qədir Ramazanov, 21. Ziya Şəkərxanov, 70. Paulo Kimbila, 30. Prins Ovusu.
Baş məşqçi: Kaxaber Tsxadadze.
"Kəpəz": 22. Məmməd Hüseynov, 27. Məqsəd İsayev, 7. Ehtiram Şahverdiyev, 88. Şakir Seyidov, 9. Luis Paçu, 11. Vitor Feyjao, 29. Dioqo Verdaska, 12. Mahamadu Ba (k), 10. Ryonosuke Ohori, 38. Cefferson Bento, 6. Pedro Qomes.
Ehtiyat oyunçular: 1. Kaçper Rosa, 81. Elgün Bayramov, 99. Əli Səmədov, 77. Fərid Nəbiyev, 17. Ümid Səmədov, 15. Raul Məmmədov, 20. Elcan Əbilov, 23. Fərid Kələntərov, 66. Arzu Atakişiyev, 21. Sadiq Şəfiyev, 19. Otar Aptsiauri, 55. Kresus Donqo.
Baş məşqçi: Adil Şükürov.

“Qəbələ” çoxdan layiq olduğu qələbəni qazandı. “Qırmızı-qaralar” “Karvan-Yevlax” və “Zirə” ilə oyunlarda hesabda önə keçmiş, amma hesabı qoruya bilməmişdi. Bu dəfə isə azarkeşlərə qələbə sevinci bəxş etmək mümkün oldu. Əyalət təmsilçisinin rəqibinin autsayder “Kəpəz” olması da işləri bir qədər asanlaşdırdı. 3:0 hesabı meydandakı səviyyə fərqinin göstəricisidir. Gəncə təmsilçisi hələ bir müddət problemlər girdabından qurtulmağa çalışacaq. Hakimin final fitindən sonra Adil Şükürovla azarkeşlər arasında yaşananlar göstərdi ki, Gəncə futbolu ciddi böhran içindədir. “Qəbələ” isə qış fasiləsinə qədər çətinliklərə sinə gərib, heyəti bir qədər əl gəzdirə bilsə, elitadakı yerini asanlıqla qoruya biləcək.
Qələbə sayəsində xalını 4-ə yüksəldən “Qəbələ” bir pillə də irəliləyib, 10-cu sırada yer alır. Keçirdiyi bütün görüşlərdə məğlub olan “Kəpəz” isə sonuncudur.

"Sabah" – "Turan Tovuz" 2:0
Qollar:
Velko Simiç, 56. Pavol Şafranko, 90+7-pen.
“Sabah”: 92. Stas Pokatilov 5. Rəhman Daşdəmirov 88. Xəyal Əliyev 18. Pavol Safranko (k) 21. Velko Simiç 80. Akim Zedadka 3. Stiv Solvet 27. Timoteuş Puxaç 13. İvan Lepiniça 11. Kahim Parris 33. Umarali Raxmonaliyev
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev 72. Rustam Samiqullin 17. Tellur Mütəllimov 8. Ayaz Quliyev 2. Amin Seydiyev 6. Abdulax Xaybulaev 20. Coy Lens Mikels 22. Zinedin Uld Xaled 19. Aron Maluda 53. Andrey Santos
Baş məşqçi: Valdas Dambrauskas
“Turan Tovuz”: 1. Oleq Baklov 29. Filip Ozobiç 4. Şəhriyar Əliyev (k) 88. Faiq Hacıyev 3. Enrike Silva 23. Alexandro Serrano 90. Joarlem Santos 15. Emmanuel Hakman 32. Hayderson Hurtado 19. Roberto Olabe 21. Aleks Souza
Ehtiyat oyunçular: 41. Sergey Samok 13. Mehman Hacıyev 17. Rəhim Sadıxov 10. Xəyal Nəcəfov 11. Ayxan Hüseynov 6. Fərid Yusifli 2. Abdulla Rzayev 77. Veysəl Rzayev 5. Roderik Miller 99. Vadji İbrahima 7. Xorxe Silva
Baş məşqçi: Kurban Berdıyev

“Turan Tovuz”un oyununda ciddi problemlərin olduğu bəlli idi. Düzdür, Tovuz təmsilçisi nəticə qazanmağı bacarırdı, amma bunu çətinliklə və cansıxıcı oyunla etdiyi hər kəsin gözünün önüdə idi. Komandanın oyunundakı yaradıcıkıq əksikliyi “Sabah”la qarşılaşmada özünü bütün çılpaqlığı ilə göstərdi. Kurban Berdıyevin komandası Masazırda iki cavabsız qolla məğlub oldu. “Sabah”ın rəqibi üzərində böyük üstünlüyə malik olduğunu, baxımlı oyunla qələbə qazandığını da demək çətindir. Amma hər halda, meydan sahibləri nəticə qazanmağı bacardılar. Velko Simiç 56-cı dəqiqədə hesabı açdı. Son dəqiqələrdə penaltidən gələn qolla yekun hesab müəyyənləşdi.
2:0 hesablı qələbə sayəsində 3 xal qazanan “Sabah” 6-cı sırada qərarlaşıb. “Bayquşlar”ın aktivində 7 xal var. 9 xallı “Turan Tovuz” isə 4-cü sıradadır.

“Araz-Naxçıvan” – “Qarabağ” 0:5 
Qollar:
Toral Bayramov, 4; 28-pen; 65-pen. Musa Qurbanlı, 52. Kris Kuaku, 85.
Qırmızı vərəqə: Slavik Alxasov, 27. 
“Araz-Naxçıvan”: 12. Kristian Avram, 34. Urfan Abbasov (k), 3. Bəxtiyar Həsənalızadə, 5. Slavik Alxasov, 4. Rahil Məmmədov, 6. Patrik Andrade, 29. Vanderson Melo, 23. Nuno Rodriqes, 7. Hamidu Keyta, 10. Felipe Santos, 70. Şarl Boli.
Ehtiyat oyunçular: 94. Tərlan Əhmədli, 76. Süleyman Həsənov, 2. Qara Qarayev, 8. Coşqun Diniyev, 14. Ülvi İsgəndərov, 26. Ömər Buludov, 22. Elçin Mustafayev, 24. Mustafa Əhmədzadə, 17. İssuf Paro, 11. Ba-Muaka Simakala, 77. Bruno Franko, 19. Bar Kohen.
Baş məşqçi: Elmar Baxşıyev.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev, 55. Bədavi Hüseynov (k), 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 20. Kadi Borqes, 3. Sami Mmae, 18. Dani Bolt, 15. Leandro Andrade, 6. Kris Kuaku, 21. Aleksey Kaşuk, 11. Emmanuel Addai.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski, 97. Fabian Buntiç, 30. Abbas Hüseynov, 77. Ramil Şeydayev, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 32. Hikmət Cəbrayılzadə, 10. Abdullah Zubir, 81. Kevin Medina, 2. Mateus Silva, 35. Pedro Bikalyo, 17. Kamilo Duran.
Baş məşqçi: Qurban Qurbanov.

“Qarabağ” Premyer Liqaya ağırlığını 5-ci turda qoydu. Özü də 5:0 hesablı qələbə ilə. Bu qələbənin ötən mövsümün mükafatçılarından olan “Araz Naxçıvan” üzərində qazanılması da 3 xalın əhəmiyyətini artırdı. Toral Bayramovun 3 qola müəlliflik etdiyi oyunda digər qolları Musa Qurbanlı ilə Kris Kuaku vurdu. Qurban Qurbanovu sevindirən məqam da məhz bu oldu ki, Çempionlar Liqasında möhtəşəm qələbə qazanan komandası bu qələbənin eyforiyasında çox qalmadı, Premyer Liqaya ciddi yanaşdı.
“Qarabağ”ın bir oyunu təxirə salınıb. 4 dəfə meydana çıxan “köhlən atlar” 7 xalla 5-ci pillədə qərarlaşıb. 10 xallı “Araz Naxçıvan” isə üçüncüdür.

“Sumqayıt” – “Neftçi” 0:2 
Qollar:
Ağadadaş Salyanski, 79. Alessio Kurçi, 90+2.
“Sumqayıt”: 1. Mehdi Cənnətov, 7. Rüstəm Əhmədzadə, 8. Səbuhi Abdullazadə (k), 19. Roi Kehat, 9. Aleksandr Ramalinqom, 14. Pedro Pinto, 72. Rayan Senhadji, 23. Ronaldo Vaskez, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.
Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 56. Aftandil Arixov, 3. Höccət Haqverdi, 6. Rauf Rüstəmli, 21. Nihad Əhmədzadə, 75. Nadir Orucov, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 71. Masaki Murata.
Baş məşqçi: Saşa İliç.
“Neftçi”: 13. Kenan Piriç, 8. Emin Mahmudov (k), 15. Elvin Bədəlov, 17. Murad Xaçayev, 77. Falaye Sako, 6. Sessi Dalmeyda, 24. Mustafa Sek, 9. Bassala Sambu, 11. İmad Faraj, 10. Freddi Varqas, 23. Cordan Rezabala.
Ehtiyat oyunçular: 1. Emil Balayev, 93. Rza Cəfərov, 4. Elvin Camalov, 7. Emil Səfərov, 19. Ağadadaş Salyanski, 47. Murad Məmmədov, 14. Edvin Kuç, 27. Kristian Kostin, 22. Luis Ortis, 28. Alessio Kurçi.
Baş məşqçi: Samir Abasov.

“Neftçi” mövsümdəki ilk qələbəsini 5-ci turda, Sumqayıtda qazandı. Mövsümə yaxşı başlayan Saşa İlişin komandası isə “Neftçi”nin çıxdığı “qara zolağ"a düşmək üzrədir. Ötən  tur qazandığı texniki qələbə “Sumqayıt”ın üzünü güldürsə də, qol vurmağa çətinlik çəkən komandanın uzun müddət belə davam edə bilməyəcəyi də məlum məsələdir. İlk yarısı qolsuz bitən qarşılaşmada “Neftçi” meydan sahiblərindən daha yaxşı oynayır, istəkli görünürdü. Belədə qolun gələcəyi də gözlənilən idi. Samir Abasovun əvəzetmədən “döyüşə atdığı” Ağadadaş Salyanski 79-cu dəqiqədə hesabı açdı. Əsas vaxta əlavə olunmuş ikinci dəqiqədə isə Kurçi “Neftçi”nin üstünlüyünü artırdı.
Qələbə sayəsində “Neftçi”nin xalı 6-ya çatdı, “ağ-qaralar” 8-ci pilləyə qədər irəlilədi. “Sumqayıt” isə 10 xalla ikincidir. Amma onlar buna görə “İmişli”yə daha çox minnətdar olmalıdır.

Amal Abuşov

Seçilən
7
9
fanat.az

10Mənbələr