AZ

Niyə bizdə dərmanlar qonşu dövlətlərdən bahadır?!

Havalar soyuduqca qayğılarımız artır. Bu qayğılardan biri də xəstələnməkdir. Artıq qrip qapımızadır desək yanılmarıq.

Nəzərə alaq ki, dərmanlar da kifayət qədər bahadır. Türkəçarə müalicə isə o qədər də effektiv deyil.

Məsələ ilə bağlı News365.az -a danışan həkim Vaqif Qarayev deyir ki, dərmanlar bahadır:

“Bu problem Milli Məclisdə deputatlar tərəfindən də səsləndirilib bir neçə dəfə. İndi hökumət də etiraf edir ki, dərman idxalına kifayət qədər vəsait xərclənir. Bunun ilk və əsas səbəbi odur ki, özümüz dərman istehsal etmirik! Elə insanlar var ki, ömürboyu dərman qəbul etməlidir, yaşamaq üçün! Çatdıra bilirlərmi? Yox!

Bir məsələ də var. Türkiyədə dərmanlar kifayət qədər ucuzdur. Necə olur ki, Gürcüstanda eyni türk preparatı bizə nisbətən dəfələrlə ucuz satılır? Bu məsələ Gürcüstanda hökumətlərarası danışıqlarla tənzimlənir. Məncə, biz də edə bilərik. Xəstələnməyin! Sağlam olun!”

News365.az

Seçilən
0
news365.az

1Mənbələr