AZ

Yerin nüvəsində yeni elementlər

Yazını böyüt
Yazını kiçilt

Yerin mərkəzində yerləşən və dəmirlə zəngin olan nüvə planetimizin təkamülündə mühüm rol oynayıb. O, təkcə Yer sakinlərini günəşin zərərli radiasiyasından qoruyan qlobal maqnit sahəsini yaratmır, həm də qitələrin formasını dəyişən litosfer plitələrinin hərəkətinə təsir göstərir.

Hafta.az xəbər verir ki, bu barədə tədqiqat "Nature Communications" jurnalında dərc olunub. Məlumata görə, Yerin nüvəsinin bir çox əsas xüsusiyyətləri hələ də naməlum olaraq qalır. Yeni araşdırmalar göstərir ki, Yerin nüvəsində dəmir və karbonla yanaşı, çox güman ki, bir qədər oksigen və bəlkə də silikon var.

Alimlərin fikrincə, bu kəşf nüvənin nədən ibarət olduğunu, necə bərkiməyə başladığını və Yer kürəsini içəridən necə formalaşdırdığını anlamaqda irəliyə doğru əhəmiyyətli bir addımdır.

Seçilən
20
3
hafta.az

10Mənbələr