AZ

QHT ata və qızların emosional münasibətlərinə dair seminar təşkil etdi FOTOLAR

Turkstan.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

“Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyi Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə icra etdiyi “Ataların qızlarına dəstəkçi münasibətlərinin sağlam ailədəki rolu” adlı maarifləndirici layihə çərçivəsində 17 sentyabr 2025-ci il tarixində Goranboy rayonunda gənc qızlar və onların ataları ilə aralarındakı ata-qız emosional münasibətlərindən bəhs edən iki günlük seminarın analoji olaraq 2-ci gününü təşkil edib.

QHT.az xəbər verir ki, seminar Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzində keçirilib. Layihənin əsas məqsədlərinə uyğun olaraq seminarın 2-ci günündə də atalar və qızlar arasındakı sosial-emosional münasibətlərin möhkəmləndirilməsi, bu münasibətlərin ailə içində daha sağlam, qarşılıqlı hörmət və dəstək üzərində qurulmasına şəraitin yaradılması, eyni zamanda, ataların qızlarına qarşı daha müasir və müsbət yanaşmalarla emosional və təhsil dəstəyi vermələri üçün maarifləndirici məlumatların çatdırılmasını təmin etmək üçün ata və qızların iştirakı ilə geniş müzakirələr aparıldı.

Birlikdən verilən məlumata görə, layihə rəhbəri Nailə İsmayılova və layihə üzrə hüquqşünas Fariz Əkbərov iştirakçıların çoxsaylı suallarına cavab verdilər. Goranboy rayonu Uşaq və Ailələrə Dəstək Mərkəzinin direktoru Gülər Əliyeva mərkəz tərəfindən gənc qızlarla və onların ailələri ilə mütəmadi iş apardıqlarını xüsusilə qeyd etdi.

Keçirilən iki günlük seminarın nəticələrinə görə məlum oldu ki, hələ də ailələrimizdə qızlar öz atalarından çəkinərək və ya utanaraq fikirlərini sərbəst şəkildə ifadə edə bilmirlər. Beləliklə, seminarın sonunda çay süfrəsi ətrafında səmimi söhbətlər davam edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
3
icma.az

4Mənbələr