"Qarabağ"ın Çempionlar Liqasındakı növbəti rəqibi olan "Kopenhagen" Danimarka çempionatında ötən gün matça çıxıb.
Offsideplus.az xəbər verir ki, "aslanlar" Liqanın 9-cu turunda "Silkeborq"u qəbul edib.
"Kopenhagen" oyunda 3:1 hesabı ilə önə keçsə də, sonda 1 xala razılaşmalı olub - 3:3.
Onlar 9 turdan sonra 17 xalla 3-cü yerdədir.
Qeyd edək ki, "Qarabağ" - "Kopenhagen" görüşü oktyabrın 1-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq.