“Fənərbaxça”nın keçmiş prezidenti Ali Koç seçkinin nəticələri açıqlandıqdan sonra açıqlama verib.
Sportinfo.az xəbər verir ki, A. Koç yeni prezidenti təbrik edərək kluba uğurlar arzulayıb.
“38-ci prezidentimiz uğurlar gətirsin. Sadettin bəy az fərqlə qalib gəldi.
Yolumuz açıq, şansımız bol olsun deyirik. Hamımız eyni gəmidəyik, artıq düşmənləri içəridə deyil çöldə axtarmağın və prezidentimizin ətrafında birləşməyin vaxtıdır”, - deyə o bildirib.
“Fənərbaxça” klubunun yeni prezidenti Sadettin Saran seçilib. S.Saran 12, 068 səs toplayan Ali Koça 12,325 səslə qalib gəlib.