AZ

“Formula-1” yarışları Ağdamda keçirilsin – TƏKLİF

Ağdam şəhəri işğaldan azad ediləndə təklif etmişdim ki, “Formula-1” yarışmasını Qarabağa, Ağdama köçürək. “Formula-1” Ağdamın inkişafına gözəl tövhə verərdi.

Tribunainfo.az xəbər verir ki, bu təkliflə REAL Partiyasızının sədri Natiq Cəfərli çıxış edib. O bildirib ki, bu, xüsusilə Ağdama köç prosesini də sürətləndirə bilər:

“Əvvəla “Formula-1” yarışlarının öz azarkeşi var, dünyada 500 mln. insan yarışları izləyir – bunu bilirəm, turizmə, tanıtıma kömək olur – bununla da razıyam, amma quru sərhədləri bağlı saxlayıb turizmi inkişaf etdirmək ideyasını anlamaq mümkün deyil.

İkinci bir məsələ, işğaldan azad edilən torpaqlarımızda məskunlaşma problemi var, bu problemin orqanik, təbii həlli üçün qeyri-standart qərarlar çox vacibdir. Ağdamda ildə bir dəfə “Formula-1” yarışması keçirilsə, şəhərin inkişafına ən böyük dəstək olar, yarış ətrafında iqtisadi fürsətlər yaranar”.

Gülşən Rəsul

Seçilən
2
tribunainfo.az

1Mənbələr