Əvəzedicilər Liqasında 6-cı turun oyun cədvəli müəyyənləşib.
Fanat.Az xəbər verir ki, Premyer Liqa klublarının ikinci komandaları arasında keçirilən turun görüşləri sentyabrın 26-da, 27-də və 29-da baş tutacaq.
Azərbaycanda keçiriləcək MDB oyunları ilə əlaqədar olaraq “Qəbələ-2” “Turan Tovuz-2” komandasını Şamaxı Olimpiya İdman Kompleksinin stadionunda qəbul edəcək.
Əvəzedicilər Liqası
6-cı tur
26 sentyabr
“Neftçi-2” – “Araz-Naxçıvan-2”
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.
“Şamaxı-2” – “Sumqayıt-2”
Şamaxı şəhər stadionu, 14:00.
“Kəpəz-2” – “Qarabağ-2”
Gəncə şəhər stadionu (ehtiyat meydança), 15:00.
27 sentyabr
“Qəbələ-2” – “Turan Tovuz-2”
Şamaxı Olimpiya İdman Kompleksinin stadionu, 14:00
29 sentyabr
“Zirə-2” – “Sabah-2”
Binə qəsəbə stadionu, 15:00.