AZ

Öldü bilib orqanlarını çıxarmaq istədilər- Həkim komadakı xəstəni son anda xilas etdi

ABŞ-da gənc bir həkim kritik anlarda 22 yaşlı xəstə Lerri Blek-ın (Leroy Black Jr.) səhvən orqan donoru kimi tanınaraq əməliyyata hazırlanmasının qarşısını alıb. Hadisə 2019-cu ilin mart ayında baş verib.

Blek başından aldığı güllə yarası səbəbindən süni komaya salınıb. Onun bacısı Molli Uotts ziyarət zamanı Lerrinin əlamətlərin yalnız refleks olmadığını, hərəkət və göz qırpma ilə cavab verdiyini görsə də, tibbi heyət bunu nəzərə almayıb.

Tezliklə transplantasiya təşkilatının nümayəndəsi ailə ilə əlaqə saxlayaraq, Lerrinin əvvəlcədən donorluq razılığı verdiyini və əməliyyata dərhal başlamaq lazım olduğunu bildirib. Ailənin razılığı ilə xəstə əməliyyat otağına gətirilib, ancaq gənc həkim vəziyyətin düzgün olmadığını görüb.

Həkim bildirib ki, xəstənin hələ də beyin fəaliyyəti və ürək döyüntüləri aktiv idi və onu orqan çıxarılması əməliyyatından xilas etmək üçün dərhal əməliyyat otağına daxil olub proseduranı dayandırıb. Həkim, yalnız bir il təcrübəsi olmasına baxmayaraq, xüsusi məsuliyyət hiss etdiyini qeyd edib.

Səhv addım nəticəsində xəstənin üzləşəcəyi risklər sistematik problemləri də ortaya çıxarıb. Sedativ preparatların dayandırılmasından sonra Lerri iki gün ərzində şüuruna qayıdıb və bir həftə sonra artıq öz ayaqları üstə dura bilib.

Hazırda 28 yaşlı Blek hələ də fizioterapiya tələb edir, gecələr yuxu qorxuları ilə üzləşir və yaşadığı təcrübədən sonra artıq orqan donoru olmaq istəmədiyini bildirib.

Hadisə ABŞ-da transplantologiya sistemindəki ciddi nəzarət və prosedur boşluqlarına diqqət çəkir, həkimlərin və ailələrin proseslərə daha aktiv müdaxilə etməsinin vacibliyini göstərir.

AzPost.az

Seçilən
9
azpost.info

1Mənbələr