AZ

Gümüşün qiyməti 2011-ci ildən bəri ilk dəfə 44 dolları keçib

“Comex”də (Nyu-York birjasının bir qolu) gümüş fyuçerslərinin qiyməti 2011-ci il 22 avqustdan bəri ilk dəfə bir troya unsiyası üçün 44 dolları keçib.

Bakı vaxtı ilə 09:46-ya olan məlumata əsasən, qiymətli metalın dəyəri bir troya unsiyası üçün 44.015 dollar təşkil edib (+0.33%). 09:56-da gümüşün qiyməti artım tempini azaldaraq bir troya unsiyası üçün 43.96 dollar səviyyəsində müəyyənləşib (+0.21%).

Həmin vaxt qızılın 2025-ci il dekabr fyuçersinin qiyməti 0.09% artaraq bir troya unsiyası üçün 3 734.3 dollar təşkil edib.

Seçilən
8
banker.az

1Mənbələr