AZ

“WhatsApp” yeni funksiyanı işə salır

Olke.az saytından alınan məlumata görə, ain.az bildirir.

“WhatsApp” messenceri istifadəçilərə vacib mesajlar üçün xatırlatma yaratmaq funksiyasını işə salacaq. Yenilik həm iOS, həm də Android cihazları üçün əlçatan olacaq.

Ölkə.az xəbər verir ki, istifadəçi hər hansı bir ismarıcı unutmamaq üçün ona xatırlatma göndərilməsini istəyirsə, taymer qura biləcək və müəyyən müddətdən sonra smartfonunun ekranında zəng simvolu ilə bildiriş görünəcək.

Xatırlatma qurmaq üçün lazım olan mesajın üzərinə klikləmək və açılan menyudan müvafiq bəndi seçmək kifayətdir. Sistem 2, 8, 24 saatlıq vaxt intervallarını təklif edir, lakin istəyə uyğun istənilən vaxtı təyin etmək mümkündür.(banker.az)

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
4
2
olke.az

3Mənbələr