AZ

Türkiyə ABŞ mallarına rüsumları ləğv etdi

Axar.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

Türkiyə hakimiyyəti 2018-ci ildən bəri ABŞ mallarına tətbiq edilən bir sıra əlavə idxal rüsumlarını ləğv edib.

Axar.az xəbər verir ki, bu barədə ölkənin “Rəsmi qəzetə” nəşri məlumat yayıb.

Məlumata görə, tədbir 33 adda məhsula təsir edib. Xüsusilə spirtli içkilər, minik avtomobilləri, tütün məmulatları və kosmetika məhsullarına əlavə rüsumlar ləğv edilib.

Türkiyə Ticarət Nazirliyindən bildirilib ki, bu qərar uğurlu və effektiv danışıqlardan sonra qəbul edilib:

“Türkiyə ilə ABŞ arasında iqtisadi əlaqələrdə əsas hədəflərdən biri olan 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün işləməyə və siyasətləri həyata keçirməyə davam edəcəyik”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
13
2
axar.az

3Mənbələr