AZ

"Qarabağ"ın rəqibi xal itirdi

Futbol üzrə Danimarka çempionatında 9-cu turun oyunları keçirilir.

Sportal.az xəbər verir ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Kopenhagen" doğma meydanda "Silkeborq"u qəbul edib. Qarşılaşma 3:3 hesablı bərabərliklə başa çatıb.

9 turdan sonra 17 xal toplayan paytaxt təmsilçisi turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.

Qeyd edək ki, "Qarabağ"ın Çempionlar Liqasında "Kopenhagen"lə oyunu 1 oktyabr tarixində Bakıda baş tutacaq.

saytlarin hazirlanmasi

Seçilən
19
1
sportal.az

3Mənbələr