AZ

Prezident: “Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib”

Bu gün Azərbaycanda iqtisadi artım uzunmüddətli sabit trendə çevrilib.

Tribunainfo.az xəbər verir ki, bunu Prezident İlham Əliyev Bakıda keçirilən Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun (AIIF-2025) iştirakçılarına müraciətində bildirib.

“2021-2024-cü illərdə qeyri-neft sektoru hər il orta hesabla 6,7% artıb və onun ümumi iqtisadiyyatda payı 68%-ə yüksəlib. Qeyri-neft ixracı son altı ildə demək olar ki, iki dəfə artıb. Bu da ölkəmizin rəqabət qabiliyyətinin yüksəlməsinin əyani göstəricisidir”, – deyə o qeyd edib.

Onun sözlərinə görə, bütün bu nailiyyətlər ölkədə müasir istehsal infrastrukturunun qurulması ilə dəstəklənib: “Hazırda bizdə 9 sənaye parkı və 4 sənaye məhəlləsi fəaliyyət göstərir. Burada 171 müəssisə qeydiyyata alınıb, onların 98-i artıq istehsal fəaliyyətinə başlayıb. Sənaye zonalarına 6,9 milyard manatdan çox investisiya yatırılıb, burada 11 minə yaxın daimi iş yeri yaradılıb”.

Seçilən
5
28
tribunainfo.az

10Mənbələr