AZ

Andcelina Coli: Mən Amerikamı artıq tanıya bilmirəm...

Aktrisa söz azadlığını müdafiə edib və ölkədəki vəziyyətdən narahatlığını ifadə edib...

Poliqon xəbər verir ki, 50 yaşlı aktrisa Andjelina Coli San-Sebastyan kinofestivalı çərçivəsində keçirilən mətbuat konfransında yeni filmi Couture-ni təqdim edərkən ABŞ barədə fikirlərini açıqlayıb. Aktrisa bildirib ki, ölkədə “çox ağır dövrlər” yaşanır və o, artıq Amerikamı tanıya bilmir.

“Harada olursa-olsun, insanları bölən və şəxsi ifadə azadlığını məhdudlaşdıran hər şey son dərəcə təhlükəlidir”, deyə Coli vurğulayıb.

Aktrisa əlavə edib ki, bütün həyatını beynəlxalq mühitdə yaşayıb, ailəsi də qlobal təcrübəyə malikdir və onun dünyagörüşü “bərabər və vahid” prinsipinə əsaslanır.

Coli həmçinin qeyd edib ki, belə çətin vəziyyətlərdə söz seçimi önəmlidir və ifadələrdə ehtiyatlı olmaq lazımdır. Mətbuat konfransında o, diqqət çəkici qara libasda, dərin dekolteli geyimdə iştirak edib.

Aktrisanın açıqlaması sosial şəbəkələrdə geniş rezonans doğurub – bəzi istifadəçilər onun fikirləri ilə razılaşsa da, digərləri bunu laqeydliklə qarşılayıb.

Qeyd edək ki, Andjelina Coli artıq iyirmi ildən çoxdur ki, beynəlxalq humanitar fəaliyyətlərdə aktiv iştirak edir, BMT Qaçqınlar üzrə Ali Komissarlığının xüsusi elçisi olub və bir neçə dəfə siyasi və sosial mövzuları gündəmə gətirib.

Poliqon.info

Seçilən
5
poliqon.info

1Mənbələr