
Ukrayna Müdafiə Qüvvələri Krımda Rusiyaya məxsus iki nadir “Be-12” Çayka amfibiya təyyarəsini yandırıb.
Reyting.az xəbər verir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi (QUR) təyyarələrin dünən vurulduğunu bildirib.
Məlumata görə, işğal olunmuş Krımda QUR-un “Kabuslar” xüsusi bölməsi Rusiyanın iki “Be-12” Çayka sualtı qayıq əleyhinə amfibiya təyyarəsini məhv edib: “Müharibə dövründə ilk dəfədir ki, “Be-12” məhv edilir”.
Bildirilir ki, “Be-12” Çayka amfibiya təyyarəsi sualtı qayıqların aşkarlanması və işə cəlb edilməsi üçün qiymətli avadanlıqla təchiz edilib.

Krıma basqın zamanı “Be-12” təyyarələri ilə yanaşı, “Mi-8” helikopterinin də məhv edildiyi bildirilir.
Qeyd edək ki, “Be-12” sualtı qayıq əleyhinə amfibiya təyyarəsidir. Təyyarə ilk uçuşunu 1960-cı ilin oktyabrında edib və 1963-cü ildən Dəniz Aviasiyasında xidmətdədir.
E. KAMAL