AZ

GenAI Works-un rəhbəri: Azərbaycanda AI ekosistemi yaratmaq üçün böyük imkanlar var

Azərbaycanda AI ekosistemi yaratmaq üçün böyük imkanlar var.

APA-Economics” xəbər verir ki, bunu Bakıda keçirilən I Beynəlxalq İnvestisiya Forumunda çıxış edən GenAI Works-un CEO və həmtəsisçisi, Steve Nouri bildirib.

O, qurumun dünyanın ən böyük süni intellekt icması olduğunu bildirib. Onun sözlərinə görə, GenAI Works-un artıq 14 milyon üzvü var və onların bir qismi Azərbaycanda yerləşir.

Nouri generativ süni intellektin (AI) dünyaya dərin təsir göstərəcəyini vurğulayaraq bildirib ki, Azərbaycan texnologiyalardan yararlanaraq öz süni intellekt ekosistemini formalaşdıra bilər.

Seçilən
8
apa.az

1Mənbələr