AZ

Trampdan Maska: Sənin üçün darıxdım...

ABŞ-ın Arizona ştatında yerləşən Dövlət Farm Stadionunda mühafizəkar fəal Çarli Kirk üçün təşkil olunan anım mərasiminə on minlərlə insan, o cümlədən iş adamı Elon Mask və sabiq prezident Donald Tramp qatılıb.

Business Insider və Daily Mailin məlumatına görə, Tramp və Mask tədbirdə qısa söhbət ediblər, əl sıxıblar, daha sonra Mask mərasimi tərk edib.

Dodaq oxuyan ekspertlərin qiymətləndirməsinə əsasən, Tramp söhbət zamanı "Necəsən, Elon? Eşitdim ki, danışmaq istəyirsən. Gəlin vəziyyəti düzəltmək üçün bir yol tapmağa çalışaq", — deyib. Maskın buna başını tərpədərək cavab verdiyi, Trampın isə "Sənin üçün darıxmışam" sözləri ilə vidalaşdığı bildirilir.

Tərəflər sonuncu dəfə 30 may tarixində, Elon Maskın DOGE (Direct Office of Government Efficiency) vəzifəsindən istefasını elan etdiyi Oval Ofis mətbuat konfransında birlikdə görüntülənmişdi.

Gülnar 

Seçilən
13
1
anews.az

2Mənbələr