AZ

Əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr qorunacaq Samir Şəfirov

ain.az, Modern.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan investisiya üçün sabit və etibarlı məkandır.

Modern.az xəbər verir ki, bunu Baş nazirin müavini Samir Şərifov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) bildirib.

"Hər bir sərmayə üçün ən vacib şərt siyasi sabitlik və proqnozlaşdırıla bilən mühitdir. Azərbaycan güclü maliyyə bazasına, makroiqtisadi və makromaliyyə sabitliyinə, əlverişli biznes mühitinə malikdir", - deyə o qeyd edib.

O, beynəlxalq reytinq agentliklərinin qiymətləndirmələrini də xatırladıb: "Dünya Bankının ‘Business Ready" sorğusunun nəticələri, eləcə də aparıcı beynəlxalq kredit reytinq agentliklərinin qərarları göstərir ki, Azərbaycanın mövqeyi son illərdə əhəmiyyətli dərəcədə yaxşılaşıb. "Fitch" və "Moody"s" beynəlxalq reytinq agentlikləri ölkəmizin reytinqini investisiya dərəcəsinə yüksəldib. Üstəlik, "Moody"s"in qiymətləndirməsi müraciətsiz – yəni onların öz təşəbbüsü ilə aparılıb".

S. Şərifov əlavə edib ki, Azərbaycan nəqliyyat, dəniz limanı, dəmir yolu və avtomobil yolu infrastrukturuna böyük vəsait yatırıb, rəqəmsal transformasiya istiqamətində də mühüm irəliləyiş əldə edib: "Hökumət yanında Biznes Mühiti Komissiyasının sədri kimi əmin edirəm ki, ölkəmizə yönələn bütün sərmayələr dost və əlverişli mühitdə qorunacaq. Azərbaycan körpü rolunu davam etdirəcək və biz hamınızı bu gələcəyin qurulmasında iştirak etməyə dəvət edirik". (Mənbə: Report)

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
14
modern.az

10Mənbələr