AZ

ZEEKR Azərbaycanda model sırasını rəsmi olaraq genişləndirdi: 7X və 007 GT

ain.az, Baku.ws portalına istinadən məlumat verir.

Premium elektrikli avtomobil brendi ZEEKR Azərbaycanda 7X və 007 GT modellərinin rəsmi təqdimatını keçirərək model sırasını daha da genişləndirdi. Hər iki avtomobil gücü və texnologiyası ilə diqqət çəkir.

ZEEKR 7X – ailə krossoveri ZEEKR 7X ailələr üçün nəzərdə tutulmuş müasir krossoverdir. Geniş salonu, yüksək komfort imkanları və qabaqcıl təhlükəsizlik texnologiyaları ilə gündəlik istifadədə rahatlıq yaradır. 705 km yürüş məsafəsi və 100 kVt·s-lik akkumulyatorla uzun səfərləri problemsiz edir. 636 at gücü və 3.8 saniyəyə 0–100 km/saat sürətlənmə isə onun gücünü ortaya qoyur. Premium interyer, 36 düymlük AR-HUD ekranı, Dolby Atmos səs sistemi və multifunksional oturacaqlar bu modeli həm ailə, həm də texnologiya sevərlər üçün ideal seçimə çevirir.

ZEEKR 007 GT – idman ruhlu elektrik sedan ZEEKR 007 GT markanın idman xarakterini daşıyan elektrik sedanıdır. Cəmi 2.9 saniyəyə 100 km/saat sürətlənməsi, 646 at gücü və pnevmatik asqı sistemi ilə dinamikliyi ən yüksək səviyyədə hiss etdirir. 730 km yürüş məsafəsi uzun yollarda sərbəstlik qazandırır. Modeldə panorama tavan, səs izolyasiyalı ikili şüşələr, Face ID texnologiyası və 23 dinamikli Dolby Atmos səs sistemi kimi lüks detallara yer verilib. İdman ruhu və premium komfortu birləşdirən 007 GT, güc və zövqü eyni anda yaşamaq istəyənlər üçündür.

ZEEKR 7X ailə krossoveri və ZEEKR 007 GT idman ruhlu sedanı yüksək texnologiyası, futuristik dizaynı və elektrik yürüş performansı ilə seçilir. ZEEKR 7X-in qiyməti 46 900 dollar, ZEEKR 007 GT-nin qiyməti isə 42 900 dollardır. Hər iki model üçün brend tərəfindən 3 il və ya 60 000 km rəsmi zəmanət təqdim olunur. Zeekr Azərbaycan rəsmi nümayəndələrinin verdiyi məlumata görə, məqsəd müasir texnologiyaya sahib premium elektrik avtomobillərini daha geniş auditoriya üçün əlçatan etməkdir..

Ətraflı məlumat üçün *2229 nömrəsinə zəng edə və ya Zeekr Azərbaycan rəsmi satış mərkəzinə – Aşıq Molla Cümə küçəsi 36 ünvanına yaxınlaşa bilərsiniz.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
2
baku.ws

3Mənbələr