AZ

Oğuzda 1 nəfərin ölümü ilə nəticələnən qəza baş verib, hadisəni törədən sürücü axtarılır

Oğuz, 22 sentyabr, AZƏRTAC

Ötən gecə Oğuz rayonunun Bayan kəndi ərazisində ölümlə nəticələnən qəza baş verib.

AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, hərəkətdə olan avtomobil yolu keçmək istəyən piyadanı vurub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib. Lakin piyadanın hadisə yerində dünyasını dəyişdiyi məlum olub.

İlkin araşdırmalar zamanı avtomobillə vurulan şəxsin rayonun Baş Daşağıl kənd sakini, 43 yaşlı Sadəddin Abdulhəmidov olduğu müəyyən olunub. Hadisəni törədən sürücünün isə idarə etdiyi avtomobillə birlikdə ərazidən uzaqlaşdığı məlum olub.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən həmin şəxsin müəyyən olunaraq saxlanılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı cinayət işi başlanılıb.

 

 

 

Seçilən
50
50
azertag.az

10Mənbələr