AZ

Mahirlə klubu arasında baş verir?

ain.az xəbər verir, Milli.az saytına əsaslanaraq.

Azərbaycan millisinin və  Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli sosial şəbəkə hesabında paylaşımı ilə müzakirələr yaradıb.

Milli.Az xəbər verir ki, hücumçu "Münster" matçında komandanın heyətinə daxil edilməyib. 

Mahir əfsanəvi futbolçu Zlatan İbrahimoviçin sözləri ilə atmaca atıb:

"Bəzi insanlar sənin haqqında pis danışacaq, bəziləri yaxşı. Amma əgər pis danışırlarsa, deməli, sən yaxşı iş görürsən. Mənə inan".

Oyunçu sözügedən "storysini bir müddət sonra silib.

"Kayzerslautern"nin baş məşqçisi Torsten Libernext isə Emrelinin son məşqdəki inamsız təsir bağışlamasını səsəb gətirib:

"Məndə elə bir hiss yaranmadı ki, mütləq oyuna girmək istəyir. Komanda indi bu dinamikanı götürüb. Sən də bir az kənarda qalmalı və geri dönmək üçün çalışmalısan. Emrelinin yenidən komandada yer qazanmaq şansı hələ də var, amma buna yalnız daha səmərəli məşq göstəriciləri ilə nail ola bilər. 

Hüseyn

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
3
news.milli.az

4Mənbələr