Bakivaxti portalından alınan məlumata görə, ain.az xəbər verir.
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva sentyabrın 23-də Şəki şəhərində vətndaşları qəbul edəcək.
Bu barədə Bakıvaxtı.az-a Ombudsman Aparatından məlumat verilib.
Bildirilib ki, qəbul Şəki "ASAN xidmət" mərkəzində saat 14:00-da (Ünvan: Şəki şəhəri, Zərifə Əliyeva küçəsi 104, Əlaqə nömrəsi: (02424) 4-01-33) keçiriləcək.
Qəbula Şəki və Mingəçevir şəhərlərinin, Balakən, Zaqatala, Qax, Oğuz, Qəbələ və İsmayıllı rayonlarının sakinləri, eləcə də əcnəbi vətəndaşlar müraciət edə bilərlər.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.