Tbilisi, 22 sentyabr, AZƏRTAC
Gürcüstanın Acarıstan və Svaneti bölgələrində yüksək dağlıq ərazilərində ilk qar yağıb. AZƏRTAC xəbər verir ki, sosial şəbəkələrdə qarla örtülmüş mənzərənin fotoları yayılıb.
Xulo bələdiyyəsinin kəndlərində, o cümlədən Qoderdzi aşırımında və Beşumidə qarın qalınlığı 5 santimetrə çatıb.
Yerli sakinlərin sözlərinə görə, onlar qarın belə tez yağacağını gözləmirdilər və hələ məhsulu biçməyiblər. Bu da bir sıra problemlər yaradıb.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi