AZ

Rus ordusu Kupyanska keçməyə çalışır

Reyting.az saytına istinadən ain.az xəbər verir.

Rusiya ordusu eyni vaxtda bir neçə istiqamətdən Kupyanskdə Ukrayna qüvvələrinin müdafiə xəttinə keçməyə cəhd edir. Reyting.az xəbər verir ki, bu barədə Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.Bundan əlavə, sentyabrın 21-də rus ordusu Sumı vilayətinin şimalında hücumu davam etdirsə də, cəhdlər uğursuz olub. Eyni zamanda, rusiyalı hərbi bloqçular Ukrayna əsgərlərinin Sumı vilayətinin bəzi ərazilərində əks-hücuma keçdikləri barədə məlumat yayıblar. Öz növbəsində, sentyabrın 20-də və 21-də rus qoşunları Xarkovdan şimal-şərqdə - Vovçansk və Sinelnıkove yaxınlığında, Boçkove istiqamətində, Velikiy Burlukdan şərqdə Odradne istiqamətində hücuma keçib. Kupyansk istiqamətinə gəlincə, ruslar orada məhdud irəliləyiş əldə ediblər.Ukraynalı hərbi müşahidəçi Konstantin Maşovetsin sözlərinə görə, çox güman ki, ruslar Kupyanskın şimalındakı Kondraşivkanı ələ keçirib.O, bəyan edib ki, Rusiya ordusu döyüşə hazır piyadalardakı say üstünlüyündən istifadə edərək, eyni vaxtda bir neçə bölgədə Kupyansk istiqamətində Ukraynanın müdafiə xəttinə keçməyə çalışır. Ruslar şərq sahilindən ağır texnika daşımaqda çətinlik çəkdikləri üçün ilk növbədə Oskol çayının qərb sahilində döyüş əməliyyatları aparırlar.Bundan əlavə, rus işğalçıları Liman istiqamətində hücumlarını davam etdirsələr də, heç bir təsdiqlənmiş irəliləyiş əldə edə bilməyiblər. ELÇİN

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
1
reyting.az

2Mənbələr