AZ

TürkiyəABŞ məhsullarına əlavə idxal rüsumunu ləğv etdi

Müəllif:Mehin Qasımova,Banco.az

Türkiyə 2018 -ci ildən bəri ABŞ mallarına tətbiq edilən bir sıra idxal rüsumlarını ləğv edib.

Banco.az xəbər verir ki, bu barədə rəsmi hökumət qəzeti məlumat verib.

Məlumata görə, alkoqollu içkilər, minik avtomobilləri, tütün məmulatları, kosmetika və digər mallara – ümumilikdə 33 qrupa idxal rüsumları qaldırılıb. Qərar "uğurlu və səmərəli danışıqlar"la əlaqələndirilir.

"Biz Türkiyə ilə ABŞ arasında iqtisadi əlaqələrin əsas hədəflərindən biri olan 100 milyard dollarlıq ticarət həcminə nail olmaq üçün işləməyə və siyasət həyata keçirməyə davam edəcəyik", - deyə Ticarət Nazirliyi izah edib.

Ankara 2018-ci ildə Donald Trampın birinci dövründə, Vaşinqtonun Türkiyə ixracatına tarifləri artırmasına cavab olaraq Amerika mallarına rüsumlar tətbiq edib . Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın ABŞ-a səfəri fonunda rüsumlar qaldırılıb . O, Nyu-Yorkda BMT Baş Assambleyasına qatılacaq və sentyabrın 25-də Vaşinqtonda Amerika lideri ilə danışıqlar aparacaq.

Tramp əvvəllər Ukrayna ilə bağlı sülh razılaşmasının tezliklə əldə olunmayacağı təqdirdə Rusiya və onun ticarət tərəfdaşlarına 100 faizlik tariflər tətbiq edəcəyini vəd etmişdi. 

Seçilən
4
banco.az

1Mənbələr