AZ

DYP-dən sürücülərə xəbərdarlıq

Son vaxtlar texniki nasazlıq səbəbindən yolun hərəkət hissəsində dayanmış nəqliyyat vasitələrinin sürücüləri tərəfindən zəruri təhlükəsizlik tədbirlərinin görülməməsi nəticəsində digər hərəkət iştirakçıları üçün qəfil və gözlənilməz maneə yaranır ki, bu da çox zaman ağır nəticəli yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olur.

Bu barədə Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məluumat verilib.

Bildirilib ki, qanunvericiliyin tələbinə əsasən, texniki nasazlıq və ya digər səbəbdən yolun hərəkət hissəsində dayanmaq məcburiyyətində qalan sürücülər dərhal qəza dayanma işıqlarını yandırmalıdırlar.

Həmçinin avtomobildən təhlükəsiz məsafədə qəza nişanı qoymalı və imkan daxilində nəqliyyat vasitəsini yolun kənarına çəkməlidirlər.

BDYPİ bir daha xatırladır ki, bu sadə qaydalara əməl etməklə sürücülər həm öz həyatlarını, həm də digər yol hərəkəti iştirakçılarının təhlükəsizliyini qoruya bilərlər.

"Cebheinfo.az" 

Seçilən
16
29
cebheinfo.az

10Mənbələr